Çoxuşaqlı ailələrə xoş xəbər

Çoxuşaqlı ailələrə xoş xəbər

Hazırda oxunan: Çoxuşaqlı ailələrə xoş xəbər

33729

Bunu cümə axşamı jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O, qeyd edib ki, bir zamanlar tətbiq olunan "Qəhrəman ana" statusunun bərpa olunması gündəmdədir: "Əsas məsələlərdən biri odur ki, çoxuşaqlı sayılması üçün uşağın sayını müəyyənləşdirməliyik. Sovet vaxtı on uşaq anası "Qəhrəman ana" sayılırdı, indi isə bu rəqəm gülünc gəlir". Eyni zamanda komitə sədri müavinət ayrılacaq anaların kateqoriyasının da müəyyənləşməsinin vacib olduğunu qeyd edib: "Müəyyənləşməlidir ki, hansı qrupdan olan şəxsləri bu siyahıya aid etmək olar. Yəni on xəstə uşaq dünyaya gətirən, onlara təhsil verə bilməyən şəxs "Qəhrəman ana" hesab olunan bilərmi? Bu nöqteyi-nəzərdən bu gün uşağın sayı əsas göstərici olmamalıdır".

H.Rəcəbli, həmçinin vurğulayıb ki, ölkədə əkiz, üçəm uşaq dünyaya gətirən analar üçün sosial yardımla bağlı addımlar atılmalıdır və bu addımlar atılacaq.

Millət vəkili Azərbaycanın təbii artımla bağlı problemli ölkələr sırasına daxil olmadığını vurğulayaraq qeyd edib ki, ölkədə təbii artım ildə 135 min nəfər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO