Moderator.az-ın zaman.az-a istinadən məlumatına görə internetdə “Nil” mağazalarında satılan qlobuslarda Azərbaycan ərazisinin ermənistan ərazisi kimi göstərildiyinə dair məlumat yayılıb. Xəbərlə bağlı qəzetimizə açıqlama verən, “Nil” mağazalarının baş direktoru Rəsul Direk qlobuslarda ərazi təhrifinin olmasından xəbərsiz olduqlarını qeyd edib. Onun sözlərinə görə, Çin istehsalı olan qlobuslar artıq satışdan çıxarılıb. Qeyd edək ki, “Nil” mağazalarında satışa qoyulan Türkiyə, İtaliya, Rusiya istehsalı olan qlobuslarda ərazi təhrifi yoxdur. Məsələ ilə bağlı paytaxtdakı bir çox mağazada olduq. Apardığımız müşahidələr zamanı aydın oldu ki, əksər mağazalarda satışa çıxarılan Çindən gətirilmiş qlobuslarda sərhədlər dəqiq göstərilməyib.

- A-
- A
- A+
Cəmiyyət
17:53 / 14.08.2013
Çin istehsalı olan qlobuslarda Azərbaycan ərazisi təhrif olunub
Hazırda oxunan: Çin istehsalı olan qlobuslarda Azərbaycan ərazisi təhrif olunub
Hazırda oxunan: Çin istehsalı olan qlobuslarda Azərbaycan ərazisi təhrif olunub
32061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































