Taleh Bağırovun apellyasiya şikayəti təmin edilmədi

Taleh Bağırovun apellyasiya şikayəti təmin edilmədi

Hazırda oxunan: Taleh Bağırovun apellyasiya şikayəti təmin edilmədi

31652
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan ilahiyyatçı Tale Bağırovun apellyasiya şikayətinə baxılıb. Vəkil Cavad Cavadlının apa-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.
 
Qeyd edək ki, avqustun 1-də Nərimanov rayon Məhkəməsində Taleh Bağırovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək, T. Bağırovun həbs müddətini 3 ay uzadıb. Apellyasiya şikayəti də həmin qərardan verilib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin T. Bağırovla bağlı yaydığı məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.
 
Məlumatda o qeyd olunub ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılıb birinci mərtəbənin şüşələri sındırılıb və divarına "Taleh Bağırova azadlıq!" sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO