“Mən möhtərəm prezidentimizin etimadını doğrutlmaq üçün var gücümlə çalışıram. Mənim bu rayona rəhbər təyinatımdan sonra Qubada irimiqyaslı işlər görülüb. Rayon əhalisi də fəaliyyətimdən kifayyət qədər razıdır. Bunu istənilən obyektiv media işçisi araşdıra bilər”. Bu sözləri Moderator.az-a eksklüziv açıqlamasında Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev “Yeni Müsavat” qəzetində rəhbəri olduğu rayondakı vəziyyətə həsr olunan araşdırma yazısına münasibətində söyləyib. İcra başçısı bildirib ki, bu günlərdə İctimai televiziya kanalında rayonla bağlı geniş reportaj yayımlanıb. Quba ilə bağlı 3 saatlıq reportaj verilib. Həmin reportajda rayonun bütün küçələri göstərilib. Görülən işlər göz önündədir. “Yeni Müsavat” müxalifət qəzeti olduğundan bu işlərə kölgə salmağa cəhd edir. Rayonun bütün küçələri abadlaşdırlır”.
İcra başçısı fəhlələrin əmək haqlarının maaşlarının verilməməsi barədə iddiaları da qəbul etmədiyini deyib: “İcra hakimiyyəti bu prosesdə olan tikinti, inşaat şirkətinin pulunu ödəyir. Fəhləyə, işçiyə maaş vermək də həmin inşaat firmasının işidir. Mən inanmıram ki, fəhlənin maaşını kimsə kəssin”.
Moderator.az






































































































