Yadigar Sadıqlının vəkili məhkəmə zalından çıxarıldı

Yadigar Sadıqlının vəkili məhkəmə zalından çıxarıldı

Hazırda oxunan: Yadigar Sadıqlının vəkili məhkəmə zalından çıxarıldı

30764
Bu gün Şirvan Apellyasiya Məhkəməsində hakim Ələcgər Novruzovun sədrliyi ilə Müsavat başqanının müşaviri Yadigar Sadıqovun şikayətinə baxılan zaman vəkil Xalid Bağırov zaldan çıxarılıb. Moderator.az xəbər verir ki, bu barədə "Bizim Yol" qəzetinə Xalid Bağırovun özü məlumat verib. Onun sözlərinə görə, prosesdən uzaqlaşdırılması tamamilə qanunsuzdur: 

“Yadigar Sadıqov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan iyulun 2-də apellyasiya şikayəti hazırlayaraq, Lənkəran Şəhər Məhkəməsinə göndərmişəm. Yəni proses mənim şikayətim əsasında keçirildiyi halda, amma məni zaldan uzaqlaşdırırlar" - deyən vəkil əlavə etdi ki, məhkəmə səbəb kimi ona Yadigar Sadıqov həbs olunan zaman istintaqda iştirak etmədiyini göstərib.

"Mənə bildirdilər ki, Yadigar Sadıqov tutulan gün yanında vəkil Nemət Kərimli olub. Ona görə də məni vəkil kimi qəbul etmirlər. Halbuki mən order təqdim etmişəm və istənilən vaxt müdafiəyə qoşulmaq hüququm var. Bu, kobud qanun pozuntusudur” - deyə vəkil əlavə etdi.

Yadigar Sadıqovu iyunun 27-də Lənkəran şəhər sakini Rəşid Kərimovun şikayəti əsasında yerli polis şöbəsi tərəfindən saxlanılıb və silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. Rəşid Kərimov iyunun 25-də Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü iddia etsə də, Yadigar Sadıqov həmin şəxsi döymədiyini və bunun siyasi fəaliyyəti ilə əlaqədar hakimiyyətin sifarişi ilə quraşdırılmış oyun olduğunu vurğulayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO