Azərbaycanda nə qədər \"Facebook\" istifadəçiləri var?

Hazırda oxunan: Azərbaycanda nə qədər \"Facebook\" istifadəçiləri var?

0:00
0:00
29445

"Facebook" sosial şəbəkəsinin Azərbaycan üzrə istifadəçilərinin əhaliyə nisbətdə nüfuzetmə səviyyəsi (30 iyun 2021-ci il tarixinə) 42,3% təşkil edib. 

Bizim.Media xəbər verir ki, bu barədə "Internet World Stats"ın (IWS) dərc etdiyi hesabatda deyilir.

IWS-in məlumatına görə, 10,223 milyondan çox əhalisi olan ölkədə "Facebook" istifadəçilərinin sayı 4,327 milyonu ötür. 

Cari ilin əvvəlindən (IWS-nin 2020-ci ilin dekabrın 31-də dərc etdiyi son hesabatının nəticələri ilə müqayisədə) iyunun 30-dək, ölkə üzrə "Facebook" istifadəçilərinin sayında 3,4% artım qeydə alınıb. 

Bu dövr ərzində "Facebook"un əhali arasında nüfuz dərəcəsi 0,1 faiz bəndi azalıb. 

Qeyd edək ki, sosial şəbəkənin Cənubi Qafqaz ölkələri üzrə istifadəçi sayı Gürcüstanda 3,222 mln., Ermənistanda isə 1,863 mln. təşkil edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin