Selçuk Bayraktar Türkiyədə müalicə alan qazilərimizi ziyarət etdi

Selçuk Bayraktar Türkiyədə müalicə alan qazilərimizi ziyarət etdi

Hazırda oxunan: Selçuk Bayraktar Türkiyədə müalicə alan qazilərimizi ziyarət etdi
28525
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

 Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədr müavini Ceyhun Salmanovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.

ASAN Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Salmanov və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar "YAŞAT" Fondu tərəfindən Türkiyədə müalicəsi davam etdirilən qazilərimizi ziyarət ediblər.

Söhbət zamanı xəstəxana rəhbərliyi və professor həkim heyəti ilə qazilərimizin mövcud durumu ətraflı müzakirə olunub. Vurğulanıb ki, hər birimiz Qələbəni bizə yaşatdıqları üçün qəhrəman döyüşçülərimizə minnətdarıq və “YAŞAT” Fondu onların müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Qazilərimiz belə bir səfərin gerçəkləşdirildiyi üçün həm Dövlət Agentliyinə, həm də Selçuk Bayraktara öz minnətdarlıqlarını bildiriblər. Qazilərimizə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

Xatırladaq ki, həkimlərin rəyi nəzərə alınaraq 120 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 50-sinin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO