TƏBİB-dən işdən çıxardığı şöbə müdiri barədə AÇIQLAMA - ÖZƏL

Hazırda oxunan: TƏBİB-dən işdən çıxardığı şöbə müdiri barədə AÇIQLAMA - ÖZƏL

28079

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə işçisi arasında məhkəmə çəkişməsi davam edir. Belə ki, işdən qanunsuz kənarlaşdırılan TƏBİB İnsan resurslarının idarə olunması şöbəsinin müdiri Xəyalə Həsənovanın qurum rəhbərliyindən şikayətçi olduğunu xəbər vermişdik.

Qeyd edək ki, Xəyalə Həsənova ilə TƏBİB arasında yaranan mübahisə ilə bağlı iş Apelyasiya Məhkəməsindədir.

Məsələ ilə bağlı TƏBİB Bizim.Media-nın sorğusunu cavablandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB-lə işçisinin məhkəmə ÇƏKİŞMƏSİ davam edir - “Biz susduracağıq”


Açıqlamanı olduğu kimi təqdim edirik:

“İddiaçı Həsənova Xəyalə Niyazi qızının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinə (TƏBİB) qarşı “əmrin qanunsuz hesab edilərək işə bərpa” iddiası tamamilə əsassızdır. Qurum tərəfindən əmək müqaviləsinin ləğv edilməsi barədə qanunvericilik normalarına tam əməl edilib. İddiaçı Xəyalə Həsənova ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikasının əmək qanunvericliyinə uyğun olaraq tərtib edilib və iddiaçıya təqdim edilib. İşdən çıxarılma üçün qanunla müəyyən edilmiş bütün addımlar atılıb”, deyə TƏBİB-in cavabında deyilir.

Xatırladaq ki, TƏBİB-in keçmiş şöbə müdirinin əmək müqaviləsinə xitam verilib. Şöbə müdirinin sözlərinə görə, əslində TƏBİB onu müqavilə vaxtının bitməsindən sonra çıxarmaq istəyində olub. Amma TƏBİB Xəyalə Həsənovaya xəbərdarlıq etmədən xəstəlik vərəqəsi ilə onu işdən çıxarıb.

Xəyalə Həsənova əvvəlki işinə bərpa olunmaq tələbi ilə məhkəməyə müraciət edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO