Narkotik “Patı”lər Bakıda harada istehsal olunur? – ŞOK DETALLAR

Hazırda oxunan: Narkotik “Patı”lər Bakıda harada istehsal olunur? – ŞOK DETALLAR

27431

Azərbaycanda narkotikin, xüsusilə "pati” adı ilə tanınan metamfetaminin geniş yayılması ilə bağlı yeni iddialar ortaya atılıb. Narkotik aludəçilərinin sayının artması xəbərlərindən sonra indi də “Pati”adlı narkotik maddənin yerli istehsalı ilə bağlı "SOS” siqnalları verilir. Təbii şəraitdə və əlçatan texnalogiyada hazırlanan “ağ ölüm”ün xüsusi “gizli əl” tərəfindən gənclərimizə sirayət olunduğu bildirilir.

Kilo atmaq üçün seçilən ölüm...

Bizim.Media kimyəvi narkotikin necə əldə olunduğu barədə araşdırma aparıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sintetik uyuşdurucular hansı BÖLGƏLƏRDƏ istehsal olunur? - HƏYƏCAN TƏBİLİ
 


Həddindən artıq ucuz başa gələn və əlçatanlığı ilə marağında olanların əldə edə biləcəyi kimyəvi narkotiklər “qara bazar” və apteklərdən alınır. İstehsalı təbii narkotiklərdən daha asan başa gələn bu uyuşdurucular apteklərdən bəzi hissələrini, digərlərini isə “qara bazar”dan əldə etməklə kiçik bir labaratoriyalarda həll edilir. Apteklərdəki hissələr dediyimiz kimyəvi maddələr bu gün açıq satışdadır. Onlar satışı qadağan olunmuş dərmanlar sırasında deyil. Yəni bir çox xəstəliklərin müalicəsində istifadə olunan və qanunla satışda olan dərmanlardır. 

Əslində asan texnalogiya ilə başa gələn bu uyuşduruculardan bütün dünyada istifadə olunur və qarşısını almaq çox çətindir. 

Sözügedən kimyəvi narkotiklərin xaricdən Azərbaycana daşındığı da iddia olunur. Daxili İşlər Nazirliyinin İctimai Şurasının üzvü Elməddin Muradlının bildirdiyinə görə “Pati” adlanan kimyəvi narkotik vasitəni Azərbaycana İrandan daşıyırlar. Onun sözlərinə görə bir vaxtlar 130 manata satılan narkotik vasitəni indi 5-10 manata almaq mümkündür. Hansı ki, bu uyuşdurucu 3 dəfə istifadədən sonra asıllıq yaradır, beyini qurudur və  sonra insanı məhv edib öldürür. Kimyəvi narkotiklərə meyl son vaxtlar qızlar arasında daha geniş yayılıb.

Bəzi aludəçilərin bildirdiyinə görə “Pati” dediyimiz narkotiklərdən qızlar kilo atmaq məqsədilə istifadə edirlər. Ciddi fəsadlara yol açacağı fərqinə varmayan gənclər bu təhlükəni bir dəfə dadandan sonra ölümlərinin fərmanını imzalamış olurlar.


Ölkədə onlayn narkotik satışı, virtual narkoticarətin genişlənməsi də aktualdır. Sosial şəbəkələrin Azərbaycan seqmentində “patı_kola_narkotik”, “patı_kola_gara (istədiyiniz ərazilərə çatdırılma), ”iran_patı_kola_alish_veris" və s. niklər altında onlayn narkotik satışı təşkil olunur. Maraqlıdır, 24 saat fəaliyyətdə olan və günümüzün reallığı olan virtual narkopiştaxtalarla mübarizə üsulları qanedicidirmi?

Ani ölümün qarşısını necə alaq?

Metamfetamin (istifadəçiləri arasinda şüşə və ya pati kimi adlanan) dünyanın ən populyar narkotik psixostimulyatorlarından biridir. Elmi adı N-metil-alfa-metilfeniletilamindir. Bu bitki Çin təbabətində hələ eradan əvvəl məlum idi və astma əleyhinə dərman və psixostimulyator kimi istifadə edilib. Metamfetamin asan hazırlanması və qısa müddətdə asılılıq yaratması ilə bir çox ciddi problemlərin yaranmasına səbəb olur. Metamfetamin beyinin funksiyasını pozmaqla depressiyaya yol açır. Heroindən, kokaindən daha çox asılılıq yaradan bir maddədir. Eyni zamanda bu maddənin təsiri altında olan insanların ətrafdakılara aqresivliyi və riskli davranışlara meylliliyi artır. Metamfetamin (şüşə) ani ölümlərə səbəb olur. Bundan istifadə ağciyər ödəminə, beyin qanamasına, ürək çatışmazlığı və ürək tütması ilə bağlı ani ölümlərə səbəb olur. İlkin istifadə nəticəsində yuxu pozğunluğu, mədə ağrıları, ağız quruluğu, dişlərin sızıldaması, bədəndə titrəmə müşahidə edilir.
 

Bu növ maddədən mütəmadi istifadə edənlərin dişləri çürüməyə başlayır. Metamfetamindən asılı olan şəxslərdə dərilərinin altında böcək gəzməsi kimi halusunasiya halları tez-tez yaşanır.


Qeyd edək ki, narkotik vasitə istifadəçiləri arasında "patı”, "şüşə" adlanan, psixotrop maddənin Azərbaycanda istehsal olunması ilə bağlı iddialara Daxili İşlər Nazirliyi açıqlama verib.

Qurum bununla bağlı yayılan məlumatları cəfəngiyyat adlandırıb. Narkotik vasitələrin ölkə ərazisində yayılmasına, satışına qarşı əməliyyat tədbirlərinin sərt şəkildə aparıldığını bəyan edən DİN bu tip informasiyaların xaricdə yaşayan narkotik maddə istehsalı ilə məşğul olan şəxslər tərəfindən qəsdən yayıldığını bildirib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO