Sumqayıtda 9-cu şairlər günü qeyd olunub

Sumqayıtda 9-cu şairlər günü qeyd olunub

Hazırda oxunan: Sumqayıtda 9-cu şairlər günü qeyd olunub

274292
Azərbaycan Yazıçılar Birliyi, Gənc Şairlər Birliyi, AYB Sumqayıt bölməsi və Sumqayıt Regional Mədəniyyət idarəsinin birgə təşkilatçılığı,xa0 Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM), Türkiyə və Azərbaycan iş adamları və Sənayeçilər İctimai birliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sumqayıtda IX Şairlər günü qeyd olunub.
xa0 xa0 xa0 xa0 xa0
Əli Kərim və Abdurrəhim Karakoçun xatirəsinə həsr olunanxa0 IX Şairlər günüxa0 Poeziya evində keçirilib.

Poeziya evinin direktoru İbrahim İlyaslıxa0 Azərbaycan Türkiyə qardaşlığının, birliyinin qədim köklərə söykəndiyindən danışıb, bu birliyin əbədi və sarsılmaz olduğunu qeyd edib, Türkiyə və Qazaxısatnadan gələn qonaqları ədəbi ictimaiyyətə təqdim edib.
Millət vəkili Qənirə Paşayeva, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, AYB Qubadlı Regional bölməsinin sədri Namiq Məna Əli Kərim və Abdurrəhim Karakoç poeziyasının məziyyətlərindən danışıblar.
Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyininxa0 (İLESAM) başkanı Mehmet Nuri Parmaksız Türkiyə və Azərbaycan arasında yaranmış ədəbi körpününxa0 Türk dünyası yazarlarının bir-birini tanımasına vəsilə olduğunu söyləyərək, bu gün belə genişmiqyaslı ədəbi əlaqələrin yaranmasınınxa0 təqdirəlayiq bir hal olduğundan bəhs edib.
AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmaləddin Respublika prezidenti cənab İlham Əliyevinxa0 və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ədəbiyyatımıza, mədəniyyətimizə, söz və sənət adamlarına göstərdiyi diqqət və qayğıdan, şəhərdəxa0 gedən irimiqyaslıxa0 abadlıq-quruculuq işlərindən söz açaraq bildirib ki, Sumqayıtın 70 illik yubileyi ərəfəsində qardaş Türkiyə və Qazaxısatandan qələm adamlarının şəhərimizə gəlişi sumqayıtlılar üçün, Sumqayıt ədəbi camiəsi üçün ikiqat bayrama çevrilib.xa0
Ofelya Babayeva,Əvəz Mahmud Lələdağ, Rəfiqə Şəms, İlter Yeşilay, Turan Düz, Mahmut Özkoca, Ayberek Eyqerek, Evlan Yunus, Günel Eyvazlıxa0 və Nazilə Gültacın oxuduğu şeirlər məclisə böyük coşqu gətirdi.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO