Azərbaycanda bu şəxslərə mənzillər veriləcək

Azərbaycanda bu şəxslərə mənzillər veriləcək

Hazırda oxunan: Azərbaycanda bu şəxslərə mənzillər veriləcək
274103
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən həyata keçirilən sosialyönümlü tədbirlər davam etdirilir.

Bizim.Media “Trend.az”a  istinadən xəbər verir ki, bu istiqamətdə həyata keçirilən növbəti belə tədbirlər çərçivəsində daha bir sıra rayonlarda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə mənzillər veriləcək.

Belə ki, bu kateqoriyaya aid olan şəxslər Salyan rayonunda 9 ədəd ikiotaqlı, 6 ədəd üçotaqlı, Neftçala rayonunda 20 ədəd üçotaqlı, Bərdə rayonunda 8 ədəd üçotaqlı, Tərtər rayonunda 4 ədəd üçotaqlı mənzillərlə təmin olunacaqlar.

Məlumata əsasən, Artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum mənzillərin satın alınmasına 4,417 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO