Siqareti tərgitməyin ən təsirli üsulu tapıldı

Siqareti tərgitməyin ən təsirli üsulu tapıldı

Hazırda oxunan: Siqareti tərgitməyin ən təsirli üsulu tapıldı
273685
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin Siçuan Universitetinin alimləri siqareti tərgitməyə kömək edən rəqəmsal proqramların effektivliyini araşdırıblar. “Nature Human Behavior” jurnalında dərc olunan araşdırma göstərib ki, ənənəvi proqramlara nisbətən fərdiləşdirilmiş və qrupa uyğunlaşdırılmış rəqəmsal müdaxilələr daha təsirli nəticə verir.

Bizim.Media “MedicalXpress” portalına istinadən xəbər verir ki, tədqiqatçılar 152 klinik sınağı təhlil ediblər.
 

Nəticələrə görə, fərdiləşdirilmiş proqramlar siqareti tərgitmə şansını 1,86 dəfə artırır. Qrupa uyğunlaşdırılmış proqramlar isə daha yüksək nəticə göstərib (1,93 dəfə). Mətn mesajlarına əsaslanan müdaxilələr ən uğurlu texnologiya kimi seçilib.


Maraqlıdır ki, orta yaşlı şəxslər bu proqramlara gənclərə nisbətən daha yaxşı reaksiya verib. Qısa və orta müddətli proqramlar uzunmüddətli müdaxilələrdən daha təsirli olub.

Alimlər bildirirlər ki, bu nəticələr gələcəkdə texnologiyaya əsaslanan daha genişmiqyaslı və dayanıqlı siqaretlə mübarizə proqramlarının hazırlanmasına töhfə verə bilər. Lakin metodoloji fərqliliklər və uzunmüddətli izləmə məlumatlarının azlığı hələ də araşdırılmalı məqamlar olaraq qalır. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO