Elektromobil və hibrid avtomobillərin şarj məntəqələrində qanunsuz PARKLANMA - VİDEO

Elektromobil və hibrid avtomobillərin şarj məntəqələrində qanunsuz PARKLANMA - VİDEO

Hazırda oxunan: Elektromobil və hibrid avtomobillərin şarj məntəqələrində qanunsuz PARKLANMA - VİDEO
273477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu dəfə sürücülər elə digər sürücülərdən narazılıq edirlər.

Bizim.Media xəbər verir ki, kadrlar paytaxtın Nərimanov rayonunda çəkilib.

Əliəşrəf Əlizadə küçəsində yerləşən şarj stansiyası elektromobil sürücüləri üçün əlçatan deyil. Bunun səbəbi isə orada dayanan digər avtomobillərdir.

Sürücülər qaydaları pozaraq, dayanma və durmanın qadağan edildiyi ərazidə avtomobilləri saxlayırlar. Ərazidə yaşayanların sözlərinə görə, bu tez-tez baş verdiyi üçün ciddi narazılığa səbəb olur.

Elektromobil və hibrid avtomobil sürücüləri deyirlər ki, bu, onlar üçün vaxt itkisidir. Onlar əraziyə nəzarətin gücləndirilməsini və qaydaları pozan şəxslərə qarşı tədbirlərin görülməsini istəyirlər.

Bakı Şəhər DYP İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, həmin ərazidə sürücüləri narahat edən məsələ aradan qaldırılıb. Nərimanov RPİ-nin DYP Şöbəsinin əməkdaşları dayanma və durma qaydalarını pozan sürücülər barəsində qanunamüvafiq tədbirlər görüblər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ı n videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO