Azərbaycanın məşhur generalı işdən çıxarıldı

Azərbaycanın məşhur generalı işdən çıxarıldı

Hazırda oxunan: Azərbaycanın məşhur generalı işdən çıxarıldı
273401
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov təqaüdə göndərilib.

Bizim.Media Yenisabah.az-a istinadla xəbər verir ki,bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, H.Aslanov xidmətdə olmanın son yaş həddi ilə bağlı vəzifəsindən azad olunub və təqaüdə göndərilib.

Qeyd edək ki, sentyabrın 17-də onun 60 yaşı tamam olub.
 

Xatırladaq ki, Həzi Aslanov 1965-ci il sentyabrın 17-də Bakı şəhərində anadan olub. 1986-1988-ci illərdə SSRİ Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.


General-mayor H.Aslanov 1989-cu ildən daxili işlər orqanlarında xidmət edir. 1993-2003-cü illərdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, 2003-2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi və 2005-ci ilin sentyabr ayından DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO