Ötən gün toyu olan Zeynəb bu vəzifəli şəxsin qızıdır - FOTO

Ötən gün toyu olan Zeynəb bu vəzifəli şəxsin qızıdır - FOTO

Hazırda oxunan: Ötən gün toyu olan Zeynəb bu vəzifəli şəxsin qızıdır - FOTO
272951
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ötən gün "Gülüstan" sarayında Xalq artisti Zeynəb Xanlarovanın nəvəsinin toyu olub.

Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, sənətçinin oğul nəvəsi 25 yaşlı Zeynəb Babayeva Tamerlan adlı bəylə ailə həyatı qurub. O, Milli Məclisdə işləyir.

Z.Babayevanın atası Ramin Babayev Enerji Məsələlərini Tənzimləmə Agentliyində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. 
 

R.Babayev 1996-cı ildə Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib və təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub. Əmək fəaliyyətinə Bakı şəhəri Səbail rayonu prokurorunun köməkçisi olaraq başlayıb, daha sonra isə Bakı şəhər prokurorluğunda çalışıb.


2001-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsinin rəisi olub. 2012-2017-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində işləyib,  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Komitə sədrinin müavini təyin edilib.

2018-ci ildən etibarən isə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində işləyir.

Ramin Babayev Azərbaycanın Qırğızıstandakı keçmiş səfiri, Yasamal Rayon İcra Hakimiyyətinin sabiq başçısı Arif Ağayevin kürəkənidir.

Ötən gün toyu olan Zeynəb bu vəzifəli şəxsin qızıdır - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO