Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR

Hazırda oxunan: Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək KİFAYƏTDİR
272077
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yeni dərc edilən meta-analiz alma sirkəsinin çəki azaltma təsirini sübut edib.

Bizim.Media xəbər verir ki, İtaliya alimləri tərəfindən aparılan tədqiqatda, gündəlik 30 ml alma sirkəsi qəbul edən insanların bədən çəkisində, Bədən Kütlə İndeksində (BKİ) və bel çevrəsində azalma müşahidə olunub.

Araşdırmaya əsasən, bu təsir xüsusilə artıq çəki, piylənmə və ya 2-ci tip şəkərli diabeti olan insanlarda daha çox nəzərə çarpır.

Orta hesabla iştirakçılar 3 ay ərzində 7.5 kq çəki itirib, Bədən Kütlə İndeksləri isə 2.0 vahid azalıb.
 

Alma sirkəsinin təsiri mədə boşalmasının ləngiməsi, toxluq hissinin artması, qlükoza və lipid mübadiləsinin yaxşılaşması, bağırsaq mikrobiotasına müsbət təsir mexanizmlərlə izah olunur. Bununla belə, tədqiqatçılar uzunmüddətli təsirlərin və təhlükəsizliyin müəyyənləşdirilməsi üçün daha geniş və davamlı araşdırmaların aparılmasının vacibliyini vurğulayır.


Qeyd edək ki, alma sirkəsi müalicəvi vasitə kimi deyil, köməkçi vasitə kimi istifadə olunmalıdır. Üstəlik, sirkəni su ilə qarışdırıb içmək daha faydalıdır. İstənilən halda miqdar və qəbul etmə saatları ilə bağlı ailə həkimi ilə məsləhətləşmək vacibdir. (saglamolun.az)
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO