IDEA tərəfindən xilas edilən marallar təbiət qoruğuna buraxıldı - VİDEO

IDEA tərəfindən xilas edilən marallar təbiət qoruğuna buraxıldı - VİDEO

Hazırda oxunan: IDEA tərəfindən xilas edilən marallar təbiət qoruğuna buraxıldı - VİDEO
271851
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə növbəti təcili araşdırma tədbirləri həyata keçirilib.

İctimai Birlikdən Bizim.Media-ya verilən məlumata görə, IDEA-nın təşəbbüsü ilə aparılan araşdırma nəticəsində Qax rayonunda yerləşən “Eden” restoranının ərazisində 10 baş xallı Sibir maralının qanunsuz olaraq qeyri-sərbəst şəkildə saxlanıldığı faktı aşkarlanıb.
 

Xilas edilən marallar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülərək müayinə və reabilitasiya mərhələsindən keçiblər. Daha sonra əvvəlki tədbirlər nəticəsində xilas edilən 8 maral da daxil olmaqla ümumilikdə 18 baş maral sərbəst yaşam tərzi üçün zəruri olan bütün imkanlara və geniş əraziyə sahib Şamaxı Safari Parkı ekoloji qoruğunda təbiətə buraxılıb.


IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa bir daha çağırır və vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməsini, bu kimi hallarla rastlaşdıqda isə IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO