İstilik vaxtından tez verilə bilər – RƏSMİ AÇIQLAMA

İstilik vaxtından tez verilə bilər – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: İstilik vaxtından tez verilə bilər – RƏSMİ AÇIQLAMA
271785
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İstilik mövsümün başlanmasına sayılı günlər qalır. Ölkədə bununla  bağlı hazırlıq işlərinə başlanılıb.

Bu barədə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı Bizim.Media-ya açıqlamasında bildirib.

Qurum rəsmisi deyib ki, ötən mövsüm yekunlaşandan növbəti mövsümə qədər işlər davam edir:

“Xətlər yoxlanılır, yaranan problemlər aradan qaldırılır, əsaslı və cari təmir işləri həyata keçirilir, qazanxanadakı avadanlıqlar yoxlanılır, sazlama işləri aparılır”.

Bəs havalar kəskin soyuyarsa, istilik mövsümünün noyabrın 15-dən daha tez başlaya bilər?

“Ötən istilik mövsümü aprelin 15-i dayanmalı olsa da  hava şəraitiylə əlaqədar bir neçə gün uzadıldı. Hazırda isə 2 ay vaxt qaldığına görə perspektivdə vaxtın dəyişməsi kimi  plan yoxdur”, - deyə Elvin Basqallı bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO