Qəbulda hər hansı fəndən “sıfır”ı olanlar da  ali məktəbdə ödənişsiz oxuya biləcəklər  – RƏSMİ

Qəbulda hər hansı fəndən “sıfır”ı olanlar da ali məktəbdə ödənişsiz oxuya biləcəklər – RƏSMİ

Hazırda oxunan: Qəbulda hər hansı fəndən “sıfır”ı olanlar da ali məktəbdə ödənişsiz oxuya biləcəklər – RƏSMİ

270597
Qəbul imtahanlarının birinci mərhələsində hər hansı fənn üzrə “sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz ixtisaslarını seçə bilərlər.

Bunu Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə abituriyentlər üçün təşkil edilən canlı yayım zamanı deyib.

O bildirib ki,qəbul imtahanlarının birinci mərhələsində hər hansı fənn üzrə “sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz ixtisaslarını seçə bilərlər:

“İmtahanın hər iki mərhələsi üzrə ballar toplanır. Əgər ikinci mərhələ üzrə bal 100, ümumi bal isə 200-dürsə, abituriyent ali təhsil müəssisələrinin həm ödənişli, həm də ödənişsiz ixtisaslarının müsabiqəsində iştirak edə bilər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO