Xocalı rayonunun Seyidbəyli kəndinə köçən ailələrə evlərinin açarları VERİLDİ - FOTO

Xocalı rayonunun Seyidbəyli kəndinə köçən ailələrə evlərinin açarları VERİLDİ - FOTO

Hazırda oxunan: Xocalı rayonunun Seyidbəyli kəndinə köçən ailələrə evlərinin açarları VERİLDİ - FOTO
270223
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 13-də Xocalı rayonunun Seyidbəyli kəndinə ilk köç prosesi həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, ikin mərhələdə kəndə 30 nəfər köçürülüb.

Onlar bu gün yeni mənzillərinə yerləşdiriliblər.

Mənzillərin açarlarını ailələrə təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov sakinlərə məlumat verib ki, Seyidbəyli kəndində müasir tələblərə cavab verən fərdi yaşayış evləri inşa olunub, qaz, işıq və su xətləri tam bərpa edilib və digər sosial infrastruktur obyektləri sakinlərin istifadəsinə verilib.

Sakinlər də bu gün doğma yurda qayıtmağın sevincini bölüşüblər.

Xatırladaq ki, Xocalı rayonunun Seyidbəyli kəndi 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Seyidbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində isə kənd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılıb.

Xocalı rayonunun Seyidbəyli kəndinə köçən ailələrə evlərinin açarları VERİLDİ - FOTO - foto 1
Xocalı rayonunun Seyidbəyli kəndinə köçən ailələrə evlərinin açarları VERİLDİ - FOTO - foto 2
Xocalı rayonunun Seyidbəyli kəndinə köçən ailələrə evlərinin açarları VERİLDİ - FOTO - foto 3
Xocalı rayonunun Seyidbəyli kəndinə köçən ailələrə evlərinin açarları VERİLDİ - FOTO - foto 4
Xocalı rayonunun Seyidbəyli kəndinə köçən ailələrə evlərinin açarları VERİLDİ - FOTO - foto 5
Xocalı rayonunun Seyidbəyli kəndinə köçən ailələrə evlərinin açarları VERİLDİ - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO