Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyev dəfn olundu – FOTO

Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyev dəfn olundu – FOTO

Hazırda oxunan: Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyev dəfn olundu – FOTO
270078
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Ayaz Zərbalıyev Göyçayda torpağa tapşırılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, şəhidin nəşi bu gün rayonun Potu kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Göyçay şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.


Qeyd edək ki, Zərbalıyev Ayaz Əsgəralı oğlu 1969-cu ildə Göyçayın Potu kəndində anadan olub. 1993-cü ildə Kəlbəcər rayonu, Çərəkdar kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyev dəfn olundu – FOTO - foto 1
Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyev dəfn olundu – FOTO - foto 2
Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyev dəfn olundu – FOTO - foto 3
Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyev dəfn olundu – FOTO - foto 4

Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO