Hərbi xidmətdən yayınan həkimə hökm oxundu

Hərbi xidmətdən yayınan həkimə hökm oxundu

Hazırda oxunan: Hərbi xidmətdən yayınan həkimə hökm oxundu
269461
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağsu rayonunda hərbi xidmətdən yayınan həkim məsuliyyətə cəlb edilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Tibb Universitetinin məzunu olan Cəmşid Eminlinin 2024-cü il tarixdə hərbi xidmətdən möhlət hüququ bitsə də, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müvafiq tibbi müayinələrdən keçmək üçün dəvət olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə müayinələrə gəlməyib.
 

1995-ci il təvəllüdlü C.Eminli Bakıda klinikalardan birində həkim işləsə də, komissiyaya xəstə olduğunu bəhanə gətirib və tibbi müayinədən imtina edib. O, guya ayağından xəsarət aldığını bəhanə edərək 30 yaşı tamam olana qədər xidmətdən yayınmağa cəhd edib.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin məsul şəxsləri dəfələrlə onun yaşadığı ünvana getməsinə baxmayaraq, C.Eminli bu çağırışları rədd edib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilir.

Ağsu Rayon Məhkəməsinin hökmü ilə C.Eminli 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzasını şərti hesab edib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO