Yol polisindən yükdaşıma ilə məşğul olan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Yol polisindən yükdaşıma ilə məşğul olan sürücülərə XƏBƏRDARLIQ - VİDEO

Hazırda oxunan: Yol polisindən yükdaşıma ilə məşğul olan sürücülərə XƏBƏRDARLIQ - VİDEO
268807
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma ilə məşğul olan şəxslərə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə bildirilib:
 

“Müvafiq qaydada qablaşdırılmadan və xüsusi örtüklərlə təmin olunmadan daşınan qum, çınqıl, torpaq, daş və digər materialların yollara səpələnməsi hərəkət iştirakçıları üçün ciddi təhlükə mənbəyidir:


Belə hallarda görünüş dairəsi məhdudlaşır, nəqliyyat vasitələrinin təkərlərinin yol örtüyü ilə təması azalır və bu, idarəetmənin itirilməsinə, əyləc yolunun uzanmasına, tozlu hava effekti yaradaraq görmə imkanlarının zəifləməsinə, nəticədə isə ağır qəzaların baş verməsinə səbəb olur.

Maye tərkibli yüklərin nəqliyyat vasitələrində düzgün yerləşdirilməməsi isə hərəkət zamanı və xüsusilə manevrlər edilərkən onların yolun hərəkət hissəsinə dağılmasına gətirib çıxarır ki, bu da digər hərəkət iştirakçıları üçün real təhlükə yaradır".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə və yük göndərənlərə xatırladır ki, yüklər yalnız qaydalara uyğun şəkildə yerləşdirildikdən və müvafiq örtüklərlə möhkəmləndirildikdən sonra yola buraxılmalıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO