“Naxtel” abunəçilərinin DİQQƏTİNƏ - Dekabra qədər operatoru dəyişməsəniz, nömrəniz SİLİNƏCƏK!

“Naxtel” abunəçilərinin DİQQƏTİNƏ - Dekabra qədər operatoru dəyişməsəniz, nömrəniz SİLİNƏCƏK!

Hazırda oxunan: “Naxtel” abunəçilərinin DİQQƏTİNƏ - Dekabra qədər operatoru dəyişməsəniz, nömrəniz SİLİNƏCƏK!
268299
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, “Naxtel" MMC dekabrın birindən telekommunikasiya xidmətlərinin göstərilməsini dayandıracaq.

“Naxtel” MMC abunəçilərinə hazırda istifadələrində olan nömrələri öz adlarında saxlamaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün bu il 1 oktyabrdan 1 dekabradək digər mobil operatorlara müraciət etmələrini tövsiyə edib.

Bildirilib ki, dekabrın birindən digər mobil operatorların ("Azercell", "Bakcell", "Nar") şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri ləğv ediləcək.
 

MÖVZU İLƏ BAĞLI:

"Naxtel" mobil operatoru fəaliyyətini dayandırır - FOTO


Bildiyimiz kimi, “Naxtel” MMC-yə aid olan nömrələr 060 prefiksli nömrələrdir. 050, 051, 010 prefiksli nömrələr “Azercell”ə, 055, 099 prefiksli nömrələr “Bakcel”-ə, 070, 077 prefiksli nömrələr isə “Nar” mobil operatoruna məxsusdur.

Bəs abunəçinin nömrəsi keçid etmək istədiyi mobil operatorda mövcud olduğu halda hansı addım atılacaq? Nömrəsini digər mobil operatorlara keçid edənlər üçün hansısa güzəştli şətlər nəzərdə tutulubmu?

Yaranan suallara aydınlıq gətirmək üçün “Naxtel” MMC ilə əlaqə saxladıq.

Mobil operatordan Bizim.Media-ya bildirilib ki, nömrə istənilən mobil operatora keçdikdə “Naxtel”ə məxsus prefiks (060) qalacaq:

“Abunəçi istənilən operatoru seçə və nömrəsini ora daşıya bilər. Bu, “Naxtel” MMC-nin bütün abunəçiləri üçün keçərlidir. “Azercell”ə yaxınlaşıb keçid edə bilərlər, çünki ilk başlıqda “Azercell” durur. Əgər “Azərcell”də qalmaq istəyirlərsə, bir ay “Azərcell” onlara pulsuz internet və danışıq paketi verəcək. Yox əgər abunəçi başqa operatora keçəcəyini istəsə, onda “Nar” və ya ”Bakcell”-ə yaxınlaşıb daşınma edə biləcəklər. Bir aylıq pulsuz internet və danışıq paketi təklifi yalnız “Azercell”də mövcudur”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO