Əmək və Sosial Münasibətlər Akademiyasında təlimlər keçirildi – FOTO

Əmək və Sosial Münasibətlər Akademiyasında təlimlər keçirildi – FOTO

Hazırda oxunan: Əmək və Sosial Münasibətlər Akademiyasında təlimlər keçirildi – FOTO
268257
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqlarının əməkdaşları üçün təlimlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, beynəlxalq səviyyədə tanınan IOSH (Institution of Occupational Safety and Health) sertifikatı üzrə təşkil olunan budəfəki təlimdə AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları iştirak ediblər.

Təlimdə iştirakçılara əməyin təhlükəsizliyi sahəsində müasir yanaşmalar, potensial risklərin aşkarlanması, istehsalat qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verilib.

Təlim zamanı həmçinin müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
 

Qeyd edək ki, IOSH dünyada əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində fəaliyyət göstərən nüfuzlu institutdur. IOSH sertifikatı alanlar beynəlxalq səviyyədə əməyin təhlükəsizliyi üzrə mütəxəssis hesab olunurlar.


Əmək və Sosial Münasibətlər Akademiyası da Böyük Britaniyanın IOSH İnstitutu tərəfindən akkreditasiyadan keçirilib. Bu da ali təhsil ocağına əmək mühitində təhlükəsizliyin və sağlamlığın qorunması ilə bağlı təlimləri keçirməsinə və nəticələrin qiymətləndirməsinə imkan yaradır.

Əmək və Sosial Münasibətlər Akademiyasında təlimlər keçirildi – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO