
- A-
- A
- A+
Göyçay qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ
Göyçayda baş verən ağır qəza ilə bağlı TƏBİB məlumat yayıb.
Qurumdan Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 01.09.2025-ci il tarixində saat 16:00 radələrində Göyçay rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi cinsli) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
“Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və yerdəyişən sınıqları diaqnozları təyin olunub.
Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin müalicəsi Cərrahiyyə şöbəsində, vəziyyəti orta ağır qiymətləndirilən 1999-cu il təvəllüdlü şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir.
1993-cü il təvəllüdlü şəxsə zəruri ilkin tibbi xidmət göstərildikdən sonra öz istəyilə ixtisaslı tibbi xidmətdən imtina edib”, - məlumatda bildirilib.
Bizim Media, Aran bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































