Azərbaycana gələn turistlər ən çox bunlardan narazı qalıblar

Azərbaycana gələn turistlər ən çox bunlardan narazı qalıblar

Hazırda oxunan: Azərbaycana gələn turistlər ən çox bunlardan narazı qalıblar
268001
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin yanvar-iyul aylarında turizm məqsədiylə Azərbaycana 1 milyon 40 min 648 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bizim.Media açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə gələn turistlərin 108 min 237 nəfəri və ya 11,4%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyiblər.
 

Turistlər ən çox avtobusların xidmətindən narazı qalıblar. 23 min turist hesab edib ki, avtobusla sərnişindaşıma xidməti qənaətbəxş deyil.


Bundan başqa 18 min 579 turist ictimai iaşə (kafe, restoran və s.) xidmətlərindən, 16 min 481 turist taksi xidmətindən, 11 min 276 turist bələdçi xidmətlərindən, 10 min 143 turist yerləşmə xidmətindən, 8 min 112 turist isə metro xidmətindən narazılıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO