İpoteka adı ilə 40-a yaxın şəxsi ALDATDI – 35 minlik DƏLƏDUZLUQ

İpoteka adı ilə 40-a yaxın şəxsi ALDATDI – 35 minlik DƏLƏDUZLUQ

Hazırda oxunan: İpoteka adı ilə 40-a yaxın şəxsi ALDATDI – 35 minlik DƏLƏDUZLUQ
267763
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, daxil olan müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 40-a yaxın şəxsi aldadaraq ümumilikdə 35000 manat vəsaiti ələ keçirən, Naxçıvan şəhər sakini, 37 yaşlı Mürsəl Nuriyev saxlanılıb.

Onun sosial şəbəkələrdə ev alqı-satqısı adı ilə səhifələr yaratdığı və mənzil almaq üçün ipoteka prosesində kömək edəcəyi vədi ilə vətəndaşları aldatdığı müəyyən edilib.
 

Faktla bağlı Naxçıvan Muxtar Respublikası DİN-in İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


M.Nuriyevin əməllərindən zərər çəkmiş digər şəxslər varsa bu barədə polis orqanlarına məlumat vermələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO