Qəbələdə reabilitasiya keçən ukraynalı uşaqlarla görüş keçirildi - FOTO

Qəbələdə reabilitasiya keçən ukraynalı uşaqlarla görüş keçirildi - FOTO

Hazırda oxunan: Qəbələdə reabilitasiya keçən ukraynalı uşaqlarla görüş keçirildi - FOTO
267744
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev və ölkəmizdə səfərdə olan ukraynalı deputatlar Yuriy Kisiel və İqor Nehulevski Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində olublar.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, onlar mərkəzdə reabilitasiya kursu keçən 30 ukraynalı uşaqla görüşüb, onların reabilitasiya prosesi ilə yaxından tanış olublar.

Yuri Qusev burada Ukraynadan olan uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan, onların reabilitasiyası üçün aparılan işlərdən məmnunluğunu ifadə edib.

Ukraynalı uşaqlara Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Həmçinin onların tarixi və görməli yerlərə ekskursiyaları da təşkil olunur.

Bundan əvvəlki 8 qrupla birlikdə ümumilikdə 300-ə yaxın ukraynalı uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətləri ilə təmin edilib.

Qəbələdə reabilitasiya keçən ukraynalı uşaqlarla görüş keçirildi - FOTO - foto 1
Qəbələdə reabilitasiya keçən ukraynalı uşaqlarla görüş keçirildi - FOTO - foto 2
Qəbələdə reabilitasiya keçən ukraynalı uşaqlarla görüş keçirildi - FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO