ABŞ 10 mindən çox azərbaycanlıya viza verib – Rəsmi

ABŞ 10 mindən çox azərbaycanlıya viza verib – Rəsmi

Hazırda oxunan: ABŞ 10 mindən çox azərbaycanlıya viza verib – Rəsmi
267583
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ oktyabrın 1-dən etibarən viza rüsumlarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, turist vizası üçün müraciət haqqı 135 faiz artırılaraq 185 dollardan 435 dollara qaldırılıb.

Konqresin Büdcə Ofisi yeni ödənişlərlə illik 2,7 milyard dollar əlavə gəlir əldə etməyi hədəfləsə də, turizm sektorunun nümayəndələri 29 milyard dollara qədər itki gözləyir.

Tələbə və mübadilə proqramı vizaları (F, J, M) və iş vizaları (H-1B, L-1, O-1) daxil olmaqla bir çox kateqoriyalarda viza ödənişləri bahalaşacaq.

ABŞ-yə bütün dünya ölkələrindən olduğu kimi Azərbaycandan da getmək istəyənlərin sayı kifayət qədərdir.
 

ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib ki, ötən il 10 867 nəfər azərbaycanlıya qeyri-immiqrasiya vizası verilib.


“2024-cü maliyyə ilində (1 oktyabr 2023-cü il -30 sentyabr 2024-cü il) Azərbaycan vətəndaşlarına 10 867 qeyri-immiqrasiya vizası verilib”, – Səfirlikdən qeyd edilib. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO