Qubada qəzaya düşənlər kino çəkilişinə gedənlər İMİŞ – TƏFƏRRÜAT/VİDEO

Qubada qəzaya düşənlər kino çəkilişinə gedənlər İMİŞ – TƏFƏRRÜAT/VİDEO

Hazırda oxunan: Qubada qəzaya düşənlər kino çəkilişinə gedənlər İMİŞ – TƏFƏRRÜAT/VİDEO
267293
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi Quba-Xınalıq yolunda ağır yol nəqliyyat hadisəsi yaşanıb. Quba rayonunun Qalayxudat kəndindən keçən hissəsində baş verən qəzada bir nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı deyilir.

Bizim.Media-nın yerli bürosunun rəsmi qurumlardan əldə etdiyi məlumata görə, qəza nəticəsində "Ford" markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hazırda onun sıxılmış vəziyyətdə olan meyitinin çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə işləyirlər.
 

MÖVZU İLƏ BAĞLI

Quba-Xınalıq yolunda DƏHŞƏTLİ QƏZA – Yaralananlar var –ÖZƏL/VİDEO

 

Əldə olunan digər məlumata görə, qəzaya düşən avtomobil Qrız kəndinə film çəkilişi üçün yollanan texniki heyətə məxsus olub. Nəqliyyat vasitəsində sanitar təyinatlı avadanlıqlar da daşınırmış. Bildirilir ki, sözügedən film Yaponiyadan olan tərəfdaşlarla birgə çəkilir.
 

Qəza zamanı avtomobildə olan şəxslərdən biri dərəyə düşüb və o, təcili tibbi yardım vasitəsilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

İlkin ehtimallara görə, qəza dumanlı hava şəraitində sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Avtomobil təxminən 100 metr hündürlükdən dərəyə yuvarlanıb.


Hadisə ilə bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO