“Qızım gördü ki, atasını öldürür, gedib evdən bıçaq gətirdi” – VİDEO

“Qızım gördü ki, atasını öldürür, gedib evdən bıçaq gətirdi” – VİDEO

Hazırda oxunan: “Qızım gördü ki, atasını öldürür, gedib evdən bıçaq gətirdi” – VİDEO
267086
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə ana ilə oğlu - Nazlı Paşayeva və Orxan Paşayev bıçaqlanıb, ailənin gəlini Aygün Məmmədova saxlanılıb.

 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə ailə faciəsi - Gəlin ərini və qayınanasını bıçaqladı


Bizim.Media xəbər verir ki, A.Məmmədovanın anası İlhamə Abdullayeva ATV-yə bildirib ki, qızı atasını müdafiə etmək məqsədilə bu addımı atıb.

“Qızım gördü ki, atasını öldürür, getdi evdən bıçağı gətirdi. Orxanın ayağından, ya hansı nahiyəsindən dəyib bilmirəm. Birdə gördüm ki, Nazlı gəldi, qızımın yaxasından yapışıb geri çəkmək istəyəndə Nazlı özü də yerə yıxıldı, qızım da onun üstünə yıxıldı. Həmin vaxt da bıçaq onun qolunu kəsdi”,- İ.Abdullayeva bildirib.

Qeyd edək ki, ana və oğul bıçaq xəsarəti ilə Gəncədə yerləşən xəstəxanalardan birinə gətiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.

Saxlanılan 31 yaşlı A.Məmmədova isə iki uşaq anasıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO