Sabunçuda arvadını kabellə boğmağa çalışan şəxs CƏRİMƏLƏNDİ

Sabunçuda arvadını kabellə boğmağa çalışan şəxs CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Sabunçuda arvadını kabellə boğmağa çalışan şəxs CƏRİMƏLƏNDİ
266454
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabunçuda kabellə ona xəsarət yetirən arvadını həmin kabellə boğmağa çalışan kişi cərimələnib.

Bizim.Media “Trend.az”a istinadən xəbər verir ki, hadisə rayonun Ramana qəsəbəsində baş verib.

Belə ki, zərərçəkmiş şəxs övladları dərman içdikdən sonra həmin dərmanı harasa qoyduğu üçün onu tapa bilməyib.

Daha sonra təqsirləndirilən şəxs həmin dərmanı axtardıqda evin həyətindən tapıb və buna görə də ona öz iradlarını bildirməyə başlayıb. Qeyd edilib ki, o durmadan onun ünvanına böhtan xarakterli ifadələr işlətməyə davam edib.

Bundan sonra aralarında mübahisə yaranıb, zərərçəkmiş şəxs evin dəhlizində olan kabeli götürərək ona zərbələr vurub. Təqsirləndirilən şəxs isə həmin kabel ilə onu boğmağa çalışdıqda onun əlindən çıxıb, sonra isə Müşfiq evdən çıxdıqda təxminən 3-4 dəqiqə davam edən mübahisələri bitib.
 

Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim edib.


Sabunçu rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək barəsində 1000 manat məbləğində cərimə cəzası təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO