SOCAR-ın prezidenti CC7 nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarını MÜZAKİRƏ ETDİ - FOTO

SOCAR-ın prezidenti CC7 nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarını MÜZAKİRƏ ETDİ - FOTO

Hazırda oxunan: SOCAR-ın prezidenti CC7 nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarını MÜZAKİRƏ ETDİ - FOTO
266412
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 21-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çin Milli Kimya Mühəndisliyi və İnşaat Korporasiyasının (CC7) İdarə Heyətinin sədri Long Haiyangın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, görüşdə qurumun enerji sektoru üzrə fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib.

Azərbaycan və üçüncü ölkələrdə neft və neft-kimya sənayesi sahəsində mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Qeyd edək ki, CC7 Çinin ən böyük EPC podratçılarından biri olan CNCEC-in törəmə şirkətidir.

1964-cü ildə əsası qoyulmuş və baş ofisi Çenqdu şəhərində yerləşən CC7 Asiya, Yaxın Şərq və Afrikada kimya və qeyri-kimya sektorlarında fəaliyyət göstərir.

SOCAR-ın prezidenti CC7 nümayəndə heyəti ilə əməkdaşlıq imkanlarını MÜZAKİRƏ ETDİ - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO