“Ürək döyüntüsü 0 olanda məni otaqdan çıxardılar...” - Video

“Ürək döyüntüsü 0 olanda məni otaqdan çıxardılar...” - Video

Hazırda oxunan: “Ürək döyüntüsü 0 olanda məni otaqdan çıxardılar...” - Video
266285
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Etalon" hospitalda liposaksiya (bədənşəkilləndirmə) əməliyyatından sonra ölən məşhur psixoloq Nilufər Abdullanın bacısı Fidan Abdulla "Arzunun vaxtı" verilişinə açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, bacısının ölümündə klinikanın həkimlərini günahlandırıb. Fidan Abdullanın sözlərinə görə, əməliyyatı cərrah Seymur Məmmədov icra edib:

"Bacımın əməliyyatını Seymur həkim etdi, mən bunun canlı şahidi olmuşam. Bacımı sonuncu dəfə görəndə gözlərini açdı və mənə "çox ağrıyıram" dedi. Burnundan oksigen aparatını, qolundakı təzyiqölçəni və ürək döyüntüsünü göstərən cihazı çıxardılar. Səbəbini soruşanda dedilər ki, yatıb. Halbuki yatsa belə, həmin cihazlar çıxarılmamalı idi. Aparatlar çıxarılandan sonra 35-40 dəqiqə ərzində tibb işçisi otağa daxil oldu və vəziyyəti görüb bütün həkimləri çağırdı. Bacımda nəfəs darlığı yarandı, ürək döyüntüsü sıfırlananda məni otaqdan çıxardılar. Həmin vaxt o, artıq dünyasını dəyişmişdi".

O əlavə edib ki, Nilufər Abdullanın üç azyaşlı övladı qalıb:

"Onun yeddi yaşında əkizləri və doqquz yaşında bir övladı var. Uşaqlar hələ də analarının vəfat etdiyini bilmirlər".

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO