Bakıda ƏMƏLİYYAT: 18 kq narkotik və güclü təsiredici həblər aşkarlandı - FOTO

Bakıda ƏMƏLİYYAT: 18 kq narkotik və güclü təsiredici həblər aşkarlandı - FOTO

Hazırda oxunan: Bakıda ƏMƏLİYYAT: 18 kq narkotik və güclü təsiredici həblər aşkarlandı - FOTO
266026
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinə qarşı əməliyyatlar davam etdirilir.

Bizim.Media xəbər verir ki, paytaxtın Binəqədi və Yardımlı rayonunda keçirilən əməliyyatlar zamanı mütəşəkkil dəstə üzvləri - əvvəllər məhkum olunmuş Malik Rəsulov, Şahin Hüseynzadə, Ayxan Rüstəmzadə və Surac Məmmədli saxlanılıblar.

Onlara məxsus mənzil və avtomobildən 18 kq 500 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və ölkəyə yeni gətirilən 1435 ədəd güclü təsiredici gabapentin həbi aşkarlanıb.
 

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.


Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.

Bakıda ƏMƏLİYYAT: 18 kq narkotik və güclü təsiredici həblər aşkarlandı - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO