Neft məhsullarının istehsalı 1,4 faiz artıb

Neft məhsullarının istehsalı 1,4 faiz artıb

Hazırda oxunan: Neft məhsullarının istehsalı 1,4 faiz artıb
265445
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3060,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, neft məhsullarından ağ neft istehsalı 10,6 faiz, qazoylların (dizel yanacağının) istehsalı 3,9 faiz, neft koksunun istehsalı 5,8 faiz artıb, avtomobil benzini istehsalı 3,8 faiz, sürtkü yağları istehsalı isə 42,2 faiz azalıb.

Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1306,2 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 81,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 10,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 5,3 faiz artıb.

Kimya sənayesi məhsullarından polietilen istehsalı 9,2 faiz, etilen istehsalı 8,1 faiz, lak-boya məmulatlarının istehsalı 6,5 faiz, karbamid istehsalı 1,9 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuqlar, millər və profillər istehsalı 37,4 faiz, plastmasbutulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 18,5 faiz artıb, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 0,2 faiz azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO