Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ

Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ

Hazırda oxunan: Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ
264835
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci dövlət proqramına uyğun olaraq Ağdam şəhərində 5 yaşayış məhəlləsinin tikintisi reallaşacaq.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi Bizim.Media-nın yerli bürosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin məhəllələrdə tikinti işləri davam edir:

Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ - foto 9

 

“2023-cü il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam şəhərində 2-ci yaşayış məhəlləsinin təməli qoyulub. Hazırda 2-ci yaşayış məhəlləsi üzrə 11 kvartalda tikinti işləri davam edir.


2-ci yaşayış məhəlləsində 11 kvartal üzrə 66 çoxmənzilli bina tikilir. Onlardan 60-ı yaşayış, 6-ı isə qeyri-yaşayış binalarıdır. Bu məhəllədə 1268 mənzil olacaq. Bu məhəllədəki binalarda 114 ədəd 1 otaqlı, 464 ədəd 2 otaqlı, 536 ədəd 3 otaqlı, 154 ədəd 4 otaqlı mənzillər olacaq. 2-ci yaşayış məhəlləsinə Ağdam sakinlərinin geri qayıdışı bu ilin sonuna kimi reallaşacaq”.

Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ - foto 10

 

Leyla Sərabi qeyd edib ki, 2023-cü il dekabrın 24-də cənab Prezident Ağdam şəhərinə növbəti səfəri zamanı şəhər ərazisində 4-cü və 5-ci yaşayış məhəllələrinin təməlini qoyub:
“4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur.


Burada 10 kvartal üzrə 64 bina olacaq. Onlardan 47-i yaşayış, qalanları isə qeyri-yaşayış binasıdır. 4-cü yaşayış məhəlləsində 4450 nəfərdən ibarət 1080 ailənin məskunlaşdırılıması nəzərdə tutulur. Bu məhəllədəki binalarda 48 ədəd 1 otaqlı, 356 ədəd 2 otaqlı, 474 ədəd 3 otaqlı və 202 ədəd 4 otaqlı mənzillər olacaq. Bundan əlavə bu yaşayış məhəlləsində də yerüstü və yeraltı avtomobil dayanacağı yaradılacaq.

Müsahibimiz Ağdamda sakınan 5-ci yaşayış məhəlləsi ilə bağlı da məlumat verib:

 

“Şəhərdə inşaasına başlanılan 5-ci yaşayış məhəlləsi isə 12 hektardan artıq ərazidə layihələndirilib. 5-ci yaşayış məhəlləsində 12 kvartal üzrə 50 ədəd bina inşa olunacaq.


Onlardan 40 ədədi çoxmənzilli yaşayış binası, 10 ədədi isə qeyri yaşayış binasıdır. Həmin binalarda 1074 mənzil olacaq.

Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ - foto 11

Mənzillərin 5 ədədi 1 otaqlı, 372 ədədi 2 otaqlı, 443 ədədi 3 otaqlı və 254 ədədi isə 4 otaqlıdır.

Bu yaşayış məhəlləsinə isə 3205 nəfərin köçürülməsi planlaşdırılır. Bundan əlavə 5-ci yaşayış məhəlləsində qeyri-yaşayış binaları da tikiləcək. Burada da uşaq meydançası, idman meydançası, istirahət meydançası və qazanxanalar olacaq”.

Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ - foto 1
Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ - foto 2
Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ - foto 3
Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ - foto 4
Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ - foto 5
Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ - foto 6
Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ - foto 7
Ağdam yenidən belə qurulur - FOTOREPORTAJ - foto 8

Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO