Sumqayıtda itkin düşən yeniyetmə qız TAPILDI

Sumqayıtda itkin düşən yeniyetmə qız TAPILDI

Hazırda oxunan: Sumqayıtda itkin düşən yeniyetmə qız TAPILDI
263530
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıtda itkin düşən yeniyetmə qız tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, yeniyetmə ailəsinə təhvil verilib.

Komitə rəsmisi həmçinin ailələrə çağırış edərək bildirib ki, bu kimi həssas hadisələr zamanı azyaşlının adı, fotosu və şəxsi məlumatlarının yayılması düzgün yanaşma deyil:
 

“Belə hallarda uşağın hüquqları, məxfiliyi və psixoloji sağlamlığı ön planda olmalıdır və buna da istər ailə, istərsə də media tərəfindən əməl edilməlidir. Ailənin bu qədər detalla informasiya verməsi qətiyyən doğru deyil. Bu, uşağın hüquqlarının pozulması və onun gələcəyi üçün risk yarada bilər”.


Qeyd edək ki, yeniyetmənin anası açıqlamasında qızının zibil atmaq adı ilə evdən çıxdığını və daha sonra ona mesajında geri qayıtmayacağını söylədiyini vurğulamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO