Ötən ay suda boğulanların sayı açıqlandı

Ötən ay suda boğulanların sayı açıqlandı

Hazırda oxunan: Ötən ay suda boğulanların sayı açıqlandı
263343
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdə baş verən sudaboğulma hadisələri ilə bağlı ümumilikdə 21 müraciət (5-i qadın, 16-sı kişi cinsli olmaqla) daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub.
 

Hadisələr nəticəsində Bakı şəhəri üzrə 11 nəfər sudaboğulma diaqnozu ilə tibb müəssisələrinə təxliyə olunub. 3 nəfərə isə yerində tibbi yardım göstərilib. 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.


Eyni zamanda Qəbələ, Zaqatala, İmişli, Ağdaş, Saatlı və Sumqayıt üzrə sudaboğulma ilə bağlı müraciətlər qeydə alınıb.

Müraciətlər əsasında 4 nəfər tibb müəssisələrinə təxliyə edilib. 1 nəfərə yerində yardım göstərilib. 6 nəfərin isə (5-i kişi, 1-i qadın cinsli olmaqla) sudaboğulma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO