Toyuq yoxsa mal əti? - Hansı DAHA FAYDALIDIR

Toyuq yoxsa mal əti? - Hansı DAHA FAYDALIDIR

Hazırda oxunan: Toyuq yoxsa mal əti? - Hansı DAHA FAYDALIDIR
262930
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Toyuq, yoxsa mal əti? Alimlər hansı ətin həzm sistemi üçün daha faydalı olduğunu müəyyən ediblər.

Bizim.Media xəbər verir ki, İspaniyada aparılan bir araşdırma göstərib ki, toyuq əti bağırsaq mikroflorasına yağsız mal ətindən daha mənfi təsir göstərə bilər.

Tədqiqatda 18–22 yaş arası 16 sağlam könüllü iştirak edib. Onlar səkkiz həftə ərzində ya toyuq, ya da mal əti əsaslı pəhrizə riayət ediblər. Alimlər müəyyən ediblər ki, toyuq əti ilə zəngin olan qidalanma bağırsaqdakı bakteriya müxtəlifliyini artırır və iltihab, həmçinin bağırsaq xərçəngi riski ilə əlaqələndirilən zərərli mikroorqanizmlərin sayını artırır.

Bundan əlavə, iştirakçılarda qanda şəkər səviyyəsinin tənzimlənməsi pisləşib və immun sistemi ilə həzm sağlamlığı üçün vacib olan amin turşularının istehsalı azalıb.

Eyni zamanda, mal əti əsaslı pəhriz bağırsaqda faydalı Blautia bakteriyasının çoxalmasına səbəb olub. Bu bakteriya bağırsağın selikli qişasını möhkəmləndirir və iltihabların qarşısını alır.

Araşdırmanın müəllifləri belə nəticəyə gəliblər ki, yağsız mal ətinin orta miqdarda istehlakı bağırsaq mikrobiomu və digər sağlamlıq göstəriciləri üçün faydalı ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO