Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTO

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTO

Hazırda oxunan: Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTO
262534
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə səfərdə olan qazi jurnalistlər bu gün Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda olublar.

Bizim.Media xəbər verir ki, jurnalistlərlə görüşən baş konsul Nərminə Mustafayeva 44 günlük Vətən müharibəsi zamanı xalqımızın birliyindən və əldə olunan tarixi qələbənin əhəmiyyətindən danışıb.

O bildirib ki, bu Zəfər torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, Azərbaycanın dünyada güclü dövlət kimi qəbul olunması ilə də nəticələnib.

Baş konsul görüş zamanı müharibədə döyüşçü kimi iştirak etmiş media nümayəndələrinə minnətdarlıq edib, şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Qazi jurnalistlər döyüşlər zamanı və informasiya cəbhəsindəki fəaliyyətlərindən söz açaraq bu qələbənin bir parçası olduqları üçün qürur hissi keçirdiklərini bildiriblər.
 

Sonda xatirə hədiyyələrinin mübadiləsi olub, foto çəkdirilib. Səfər çərçivəsində qazi jurnalistlərin Qazi və Şəhid Ailələri Vəqfinin İstanbul şöbəsində görüşü də nəzərdə tutulub.


Qeyd edək ki, səfər MediaTürk TV-nin təşəbbüsü, TİKA Azərbaycan nümayəndəliyinin koordinatorluğu, Türkiyə Media İşçiləri Həmkarlar İttifaqı və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Tədbir Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunub.

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTO - foto 1
Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTO - foto 2
Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTO - foto 3
Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTO - foto 4
Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTO - foto 5
Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTO - foto 6
Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTO - foto 7

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO