Jurnalistlər üçün MEDİATUR - Şəhid və qazi ailələrinin təsərrüfatları ilə tanışlıq oldu - FOTO

Hazırda oxunan: Jurnalistlər üçün MEDİATUR - Şəhid və qazi ailələrinin təsərrüfatları ilə tanışlıq oldu - FOTO

26130

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi media nümayəndələrinin qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlığı üçün Quba və Xaçmaz şəhərlərinə mediaturunu təşkil edib.

Bizim.Media xəbər verir ki, Xaçmaz və Quba rayonlarına təşkil edilən mediatur zamanı jurnalistlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid Elməddin Alxasovun anası: “Onun arzusu vardı...” - FOTO


Bildirilib ki, 23 mindən çox şəxsi əhatə edən bu tədbirlər çərçivəsində şəhid ailə üzvləri və qazilərin məşğulluq məsələləri həllini tapır.

Media nümayəndələri əvvəlcə şəhid Elməddin Alxasovun anası Əsli Alxasova (Xaçmaz) üçün yaradılmış təsərrüfatla tanış olublar. Ailə postmüharibə dövründə özünüməşğulluq proqramına cəlb olunub. Proqramın dəstəyi ilə mal-qara ilə təmin olunaraq, iribuynuzlu heyvandarlıq təsərrüfatını qurub. 

Qazi Abdulla Musayevin anası Lalə Musayevaya isə xırdabuynuzlu heyvandarlıq zərfi üzrə aktivlər təqdim edilib. Quba rayonundan olan qazi Nicat Qubatovun atası Urfan Qubatov üçün isə avtomobil şinlərinin təmiri sahəsi üzrə kiçik biznes sahəsi yaradılıb.

Xatırladaq ki, Quba və Xaçmaz rayonları üzrə son bir ildə həssas əhali qruplarına aid 610 nəfər özünüməşğulluq proqramının dəstəyi ilə aktivlərlə təmin olunaraq, kiçik ailə təsərüfatlarını yaradıb.

Mediaturdan hazırlanan video reportajı tezliklə diqqətiniz təqdim edəcəyik.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO