Rusiya ilə müharibə anonsu: hazırlıqlar başladı – Bu tarixdə

Rusiya ilə müharibə anonsu: hazırlıqlar başladı – Bu tarixdə

Hazırda oxunan: Rusiya ilə müharibə anonsu: hazırlıqlar başladı – Bu tarixdə
260827
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən təhlükəli dövrlərdə yaşayırıq”.

Bizim.Media xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

“Ümumi vəzifəmiz təhlükəsizliyimizi üç sütun üzərində təmin etməkdir: güclü cəmiyyət, güclü ordu və möhkəm ittifaqlar.. NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkiyeviçin 2027-ci ildə Rusiya və Çinlə mümkün müharibə ilə bağlı sözləri isə “siqnal” və “təhlükəsizlik məsələsi”nin aktuallığının təsdiqidir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Qrinkeviç Çin və Rusiyanın 2027-ci ildə alyansa üzv ölkələrə qarşı müharibəyə başlaya biləcəyini bəyan etmişdi.
 

Hərbçinin sözlərinə görə, Çin çox güman ki, Tayvan ərazisində əməliyyata başlamazdan əvvəl öz hərəkətlərini Rusiya ilə əvvəlcədən razılaşdıracaq.


Qrinkeviç əlavə edib ki, Şimali Atlantika Alyansı belə nəticələrə hazır olmalı və arsenalında bütün lazımi resurslara malik olmalıdır.

Bundan əlavə, u2060xatırladaq ki, son zamanlar NATO ölkələrinin Rusiya təhlükəsi əleyhinə hazırlıqları diqqət çəkir. Almaniya Litvada 45-ci Tank Briqadasını daimi yerləşdirərək, İkinci Dünya Müharibəsindən bəri ilk dəfə xaricdə daimi hərbi kontingent saxlayır.

Baltik ölkələri “Baltic Defence Line” layihəsi ilə sərhəd boyu müdafiə istehkamları qurur.

Hollandiya və Norveçin F-35 qırıcılarının Polşa üzərindən regiona yerləşdirilməsi isə hava məkanının gücləndirilməsinə yönəlib. Bu addımlar NATO-nun şərq cinahını Rusiya təhdidinə qarşı daha dayanıqlı etməyi hədəfləyir. (Globalinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO