Türkiyəli səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTO

Türkiyəli səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTO

Hazırda oxunan: Türkiyəli səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTO
260700
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Qubaya səfər edib. Səfər çərçivəsində səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Kompleksin mətbuat katibi Abutalıb Turabovun Bizim.Media-ya verdiyi məlumata görə, Birol Akgünə 2007-ci ilin aprel ayında ərazidə torpaq işləri görülərkən kütləvi məzarlığın aşkarlandığı barədə məlumat verilib.

Qeyd edilib ki, bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb:
 

“Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 500-dən çox insan qalıqları aşkar edilib”.


Sonda səfir Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.

Türkiyəli səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTO - foto 1
Türkiyəli səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTO - foto 2
Türkiyəli səfir Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi - FOTO - foto 3

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO