Bu tarixdən temperatur yüksələcək – RƏSMİ

Bu tarixdən temperatur yüksələcək – RƏSMİ

Hazırda oxunan: Bu tarixdən temperatur yüksələcək – RƏSMİ
258674
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan ərazisində son günlər müşahidə olunan nisbətən sərin və qeyri-sabit hava şəraiti ölkəmizə daxil olan şimal axınlarının təsiri ilə bağlıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Modern.az”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, iyul ayının birinci ongünlüyünün sonlarınadək əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var:
 

“Həftənin ikinci yarısından başlayaraq ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir. Maksimal temperaturun Aran rayonlarında 39, Bakıda və Abşeron yarımadasında, eləcə də dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı ehtimal edilir”.


G. Məmmədovanın sözlərinə görə, müşahidə olunan hava şəraiti qlobal iqlim dəyişmələrinin regional təzahürləri kimi xarakterizə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO