“Cəzanın dərəcəsinin müəyyən edilməsinin kompüter proqramı” adlı yeni kitab çap olundu

“Cəzanın dərəcəsinin müəyyən edilməsinin kompüter proqramı” adlı yeni kitab çap olundu

Hazırda oxunan: “Cəzanın dərəcəsinin müəyyən edilməsinin kompüter proqramı” adlı yeni kitab çap olundu

258587

Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının dəstəyi ilə “Ədalət mühakiməsinin elektron tərəzisi” adlı doktrina işlənib hazırlanmışdır. Layihənin rəhbəri Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovdur.

Layihə çərçivəsində hüquq elmləri doktoru, professor X.D.Ələkbərovun müəllifliyi ilə “Cəzanın dərəcəsinin müəyyən edilməsinin kompüter proqramı” adlı kitab çap olunmuşdur.

Kitab innovasiya texnologiyaları əsasında cəzanın müəyyən edilməsi probleminə həsr edilib. Əsərdə cəzanınxa0 optimal dərəcəsinin müəyyən edilməsinin elektron sisteminin əsas istiqamətləri öz əksini tapıb. Eyni zamanda əsərdə məhkəmələr tərəfindən cəzanın müəyyən edilməsində kompüter proqramlarının tətbiqi, “Ədalət mühakiməsinin elektron tərəzisi” prinsipinin mahiyyəti açıqlanmışdır.

Qeyd edək ki, 15 fevral 2019-cu ildə Sankt Peterburq şəhərində tanınmış hüquqşünas-kriminoloqların iştirakı ilə sözügedən kitabın ilk təqdimat mərasimi keçiriləcək.

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO