Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

Hazırda oxunan: Tələbələrə ictimai nəqliyyatda 10% güzəşt ediləcək - VİDEO

618777

"TələbəPlus"kartı ilə tələbələrə ictimai nəqliyyatda 10%  güzəşt tətbiq olunacaq.

Bizim.Media xəbər verir ki, Təhsilin İnkişafı Fondundan "Xəzər Xəbər”ə bildirilib ki, ölkənin ali təhsil müəssisələrinin tələbələri üçün  müəyyən güzəştlərin həyata keçirildiyi layihə çərçivəsində bakalavriat, magistratura və doktorantura üzrə bütün kurslarda təhsil alan tələbələrə xüsusi 10%-lik nəqliyyat güzəştləri hazırlanır.
 

Həmçinin qeyd olunub ki, "TəhsilPlus" kartı vasitəsilə tədris müəssisələrində müəllim kimi çalışan, eləcə də digər inzibati heyətdə çalışan şəxslər üçün də  yeni güzəşt mexanizminin yaxın aylarda istifadəyə veirilməsi planlaşdırılır. Belə ki, "CityCard”la əld olunan ilkin razılaşmalara əsasən "TəhsilPlus” kart istifadəçiləri üçün xüsusi nəqliyyat güzəştləri təqdim olunacaq.


Məsələ ilə bağlı fikirlərini bölüşən təhsil ekspertləri isə bildirir ki, mövcud 10 faizlik endirim müsbət addım olsa da, istifadəçilər üçün ciddi üstünlük yaratmır. Ekspert Rizvan Fikrətoğlunun sözlərinə görə, hazırkı tariflər nəzərə alındıqda 10 faizlik endirim faktiki olaraq hər gedişdə cəmi 6 qəpik qənaət deməkdir. Bu isə gündəlik ictimai nəqliyyatdan istifadə edən tələbə və müəllimlər üçün əhəmiyyətli maliyyə dəstəyi hesab oluna bilməz.

Qeyd edək ki, "TələbəPlus” kartı vasitəsilə tələbələrə edilən güzəştlər siyahısına supermarketlər, kitab, geyim- aksessuar və parfümeriya mağazaları, kafe/restoran, təhsil mərkəzləri, onlayn platformalar, əyləncə məkanları və s. yerlərdə xüsusi endirimlər, keşbeklər və promokodlar daxildir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO