Sümük iliyi transplantasiyasına ehtiyacı olan xəstələrin SAYI AÇIQLANDI –RƏSMİ

Sümük iliyi transplantasiyasına ehtiyacı olan xəstələrin SAYI AÇIQLANDI –RƏSMİ

Hazırda oxunan: Sümük iliyi transplantasiyasına ehtiyacı olan xəstələrin SAYI AÇIQLANDI –RƏSMİ
618702
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına sığorta təminatı verilən sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının say həddi 20-dən 50-ə qaldırılıb.

Sözügedən qərar ağır xəstələri və onların yaxınlarını xeyli sevindirib. Çünki sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyası kifayət qədər ağır və bahalı əməliyyatdır.

Bəs ölkəmizdə sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasını gözləyən nə qədər xəstə var?

Bununla bağlı Səhiyyə Nazirliyinə sorğu göndərdik.

Sorğuya cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən Bizim.Media-ya bildirilib ki, hazırda sümük iliyi transplantasiyasına ehtiyacı olan və uyğun donor gözləyən xəstələrin sayı 500 nəfəri keçib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO