Hövsanda qayınata kürəkənini lomla döydü

Hövsanda qayınata kürəkənini lomla döydü

Hazırda oxunan: Hövsanda qayınata kürəkənini lomla döydü
257545
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda qayınata kürəkənini lomla döyüb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini Əjdər Əhmədov (ad və soyad şərtidir) Hövsan qəsəbəsində ev tikintisi məqsədilə iki torpaq sahəsi alıb. O, torpaq sahəsində dördotaqlı ev tikəndən sonra mənzilinə köçüb. Əjdər, həmçinin, kirayədə yaşayan qızını ailəsi ilə birlikdə həmin evdə yaşamağı təklif edib. Qızı və kürəkəni təklifi qəbul edib və ailə Əjdərlə birlikdə yaşamağa qərar verib.

Bir müddətdən sonra Əjdər digər torpaq sahəsini kürəkəninə verib və orada onlar üçün ev tikintisinə başlanılıb. Evin tikintisi başa çatandan sonra Əjdərin kürəkəni Şahin evin bir otağını yarımçıq təmir edərək axşamlar həmin otaqda qalmağa başlayıb. Amma o, evdə qaldığı vaxt pul qazanmayıb, ailəsinin dolanacağına kömək etməyib.
 

Şahinə bu barədə irad bildirən Əjdər onunla bir neçə dəfə mübahisə edib. Sonuncu dəfə Əjdər Şahinə irad bildirərkən sonuncu ona cavab qaytarıb. Məsələdən əsəbiləşən Əjdər evdəki lomla Şahini vurub. Şahin aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.


Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyindən cinayət işinə xitam verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO